Ukraynaya maşın satmağa gedən 2 azərbaycanlıdan 3 aydır xəbər yoxdur
Far.Az xəbər saytı

Ukraynaya maşın satmağa gedən 2 azərbaycanlıdan 3 aydır xəbər yoxdur


Ukraynada iki Azərbaycan vətəndaşı - Əsgərov Rəşad Cahangir oğlu və onun yaxın dostu Xəyyam Qaraşov 3 aydır ki itkin düşüb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə Rəşad Əsgərovun qardaşı Ruslan Əsgərov məlumat verib.

Onun sözlərinə görə, yaxınları bu ilin mart ayından bəri hər iki şəxslə bağlı heç bir xəbər ala bilmir:

"Rəşad və Xəyyam 2025-ci ilin fevral ayının 26-da Ukraynaya səfər edib. Martın 6-dək mütəmadi olaraq əlaqə saxlayırdıq. Həmin tarixdən etibarən isə hər ikisi ilə bütün əlaqə kəsildi".

Məlumata görə, Rəşad Əsgərov uzun illərdir Ukraynada yaşayıb. O, 2003-cü ildə ali təhsilini başa vurduqdan sonra Kiyevə köçərək orada məskunlaşıb. Peşəkar cüdoçu kimi dünya ikincisi olmuş Rəşad Kiyevdə məşqçi kimi fəaliyyət göstərib.

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra o, ailəsi ilə birlikdə Azərbaycana qayıdıb. İtkin düşdükləri son səfərdə isə məqsədləri Kiyevdə qalan şəxsi avtomobillərini satmaq olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər