Azərbaycanda təbiətə 45 min manatdan çox ziyan vurulması ilə bağlı cinayət işləri başlanıb
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri əsasında Azərbaycanın 5 şəhər və rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Bu barədə Far.Az-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 40 ünvanında, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Səttar Bəhlulzadə küçəsində, Quba şəhəri H.Əliyev prospektində, İmişli rayonu Qaradonlu kəndinin yaxınlığında Araz çayının məcrasında, Bərdə rayonu İkinci Hacallı kəndində meşə fonduna daxil olmayan 239 ədəd ağac və kolun qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 45 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1-ci (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
"Vətəndaşları ekoloji hüquqpozmalara qarşı mübarizədə, təbiətin qorunması və ətraf mühitimizə təhlükə törədənlər üçün cavabdehlik və məsuliyyətin təmin edilməsində fəal olmağa, həmçinin istənilən şübhəli ekoloji pozuntular barədə məlumat verməyə çağırırıq", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Yaşıllıqları "boş torpaq sahəsi" görənlər və susanlar - ARAŞDIRMA
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bir sıra şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb
Sülh əleyhinə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
Əraqçi: ABŞ-nin təhdidləri diplomatik prosesə mane olur













