Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb
Far.Az xəbər saytı

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb


Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

Far.Az report-a istinadən xəbər verir ki bunlar Biləsuvar rayon sakinləri, 1978-ci il təvəllüdlü İsayev Elnur Əlixan oğlu, 1982-ci il təvəllüdlü İsayeva Günay Valeh qızı, 2006-ci il təvəllüdlü İsayeva Nurlanə Elnur qızı, 2010-cu il təvəllüdlü İsayeva Elmira Elnur qızı və 1992-ci il təvəllüdlü Cəfərov İqbal İlham oğludur.

Faktla bağlı araşdırma aparılır.

*** 14:48

Cəlilabadda avtomobilin kanala aşması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb.

Far.Az Oxu.Az istinadən xəbər verir ki, Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  bildirilib.

"İyunun 7-si saat 11:00-da yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan beş nəfər (ikisi kişi, üçü qadın cinsli olmaqla) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alan şəxslərin hazırkı vəziyyətləri stabil olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.

*** 13:55

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev bir qrup incəsənət xadimini təltif etdi - SƏRƏNCAM
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Cəlilabadda içərisində 6 nəfərin olduğu avtomobil KANALA AŞDI: Xəsarət alanların vəziyyətləri açıqlandı
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər