207 nömrəli məktəbdə İNSİDENT - Şagirdlər mühafizəçiyə BIÇAQ ÇƏKİBLƏR?
Bakının Xətai rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə yaranan xoşagəlməz hadisə ilə bağlı sözügedən təhsil ocağı məlumat yayıb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, iyunun 6-da 207 nömrəli tam orta məktəbin XI sinif şagirdləri məktəb rəhbərliyinin razılığı və rəqs müəllimlərinin iştirakı ilə təhsil müəssisəsinin həyətyanı sahəsində "Son zəng" tədbirinə hazırlıq məşqlərini edərkən gözətçi uşaqların məşqinə mane olub.
"Buna görə, şagirdlər ona öz iradlarını bildirib, nəticədə kiçik mübahisə yaranıb. Şagirdlər tərəfindən gözətçiyə qarşı heç bir təzyiq göstərilməyib. Məsələ ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən şagirdlər, valideynlər və sinif rəhbərləri ilə görüş keçiriləcək, müvafiq söhbət aparılacaq, nəzarət tədbirləri gücləndiriləcək", - deyə məlumatda qeyd olunub.
*** 15:39
Bakının Xətai rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisə baş verib.
Far.Az news24.az-a istinadən xəbər verir ki, hadisə iyunun 5-də axşam saatlarında qeydə alınıb.
İlkin məlumata görə, məktəbin 11-ci sinif şagirdləri "Son zəng" günü münasibətilə rəqs məşqi etmək üçün məktəbə gəliblər. Lakin məktəbin mühafizəçisi onların məktəb həyətinə daxil olmasına icazə verməyib.
Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.
Hadisənin gedişində şagirdlərdən birinin mühafizəçinin üzərinə bıçaq çəkdiyi iddia olunur.
Qeyd edək ki, ötən ay sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb.
İddialara görə səs yazısında direktor "Son zəng" üçün pul yığılmasını tələb edib və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini deyib.
Daha sonra direktor vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda məktəbdə insident - Şagirdlər mühafizəçiyə hücum çəkdi
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













