Ağstafada ailə FACİƏSİ: Bir il ərzində ikinci azyaşlı övladları ÖLDÜ
Ağstafada uşaq ölümü qeydə alınıb.
Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndində baş verib.
Kənd sakini, 2024-cü il təvəllüdlü N.İsmaylıova valideynləri tərəfindən ağır vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı azyaşlının öldüyü məlum olub. Onun ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, ötən ilin avqust ayında İsmayılovların digər övladı, 2022-ci il təvəllüdlü G.İsmayılzadə qıcolma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin müayinəsi zamanı G.İsmayılzadənin öldüyü məlum olmuşdu.
Xatırladaq ki, bu ailə baba və nənənin faciəli ölümü ilə də diqqət çəkib. 2024-cü il sentyabrın 8-də Qırılı kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşların altında qalaraq ölüblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













