Bu qidaları birlikdə YEMƏYİN
Gündəlik qidalanma vərdişlərimiz sağlamlığımız üzərində mühüm rol oynayır. Bəzi qidaların birlikdə qəbulu isə həzm problemlərinə, qidalanma balanssızlığına və uzunmüddətli sağlamlıq risklərinə səbəb ola bilər. Bu səbəbdən də mütəxəssislər bəzi qida birləşmələrindən uzaq durmağı tövsiyə edirlər.
BAKU.WS sözügedən qidaları təqdim edir:
Süd və sitrus meyvələri
Süd məhsulları ilə portağal, mandarin və digər turş meyvələrin birlikdə qəbulu həzm sisteminə mənfi təsir edir. Bu qarışım südün mədədə laxtalanmasına səbəb olaraq qaz, köp və narahatlıq yarada bilər.
Ət və süd məhsulları
Ət və pendir kimi proteinlə zəngin qidaların birlikdə yeyilməsi mədə turşusunun artmasına və həzmin çətinləşməsinə səbəb olur. Həmçinin, bu qarışım maddələr mübadiləsini yavaşladır.
Balıq və süd
Ənənəvi olaraq, balıq və südün birlikdə yeyilməsi dəri problemlərinə səbəb ola biləcəyi düşünülür. Bu birləşmə bəzi insanlarda allergik reaksiyalar və ya dəri səpgilərinə yol aça bilər.
Meyvə və əsas yeməklər
Meyvələr, xüsusilə şirin olanlar, tez həzm olunur. Amma əsas yeməklərlə birlikdə qəbul edildikdə mədədə fermentasiya prosesinə səbəb ola bilər. Bu da köp və həzm pozğunluqlarına gətirib çıxarır.
Pomidor və xiyar
Təzə tərəvəzlər faydalı olsa da, pomidor və xiyar birlikdə yeyildikdə bəzən fermentasiya prosesinə səbəb olur. Bu, bəzi insanlarda həzm sistemində narahatlıq yarada bilər.
Mütəxəssislər balanslı və düzgün qidalanmanı tövsiyə edir. Qidaları uyğun şəkildə birləşdirmək orqanizmin qida maddələrini daha yaxşı mənimsəməsinə kömək edir və həzm sisteminin yükünü azaldır.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Restoranlarda qida TƏHLÜKƏSİ: Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Tut" restoranında qida məhsulunda uyğunsuzluq aşkarlandı, icraat başlandı
-
"Qara ət" narahatlığı: Xaricdən gələn ətlərin təhlükəsizliyinə kim cavabdehdir? - RƏSMİ
-
Qusarda kənd sakinlərindən hədə-qorxu yolu ilə rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs həbs edilib
-
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
-
İlham Əliyev: "İqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur"
-
Gəncə Ailə Sağlamlıq Mərkəzi əsaslı TƏMİR OLUNACAQ - 1,1 milyonluq LAYİHƏ













