Dostunun avtomobilini oğurlayıb işğaldan azad olunmuş əraziyə getdi, orada yandırdı
Far.Az xəbər saytı

Dostunun avtomobilini oğurlayıb işğaldan azad olunmuş əraziyə getdi, orada yandırdı


Gəncə sakini dostunun avtomobilini oğurlayıb işğaldan azad olunmuş əraziyə apararaq orada yandırıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisəni törətməkdə təqsirləndirilən şəxs Elmin Məmmədov (soyad şərtidir) Vətən müharibəsi iştirakçısı olub. O, Gəncə şəhərində yaşamaqla, orada avtomobil təmiri sexində usta köməkçisi işləyib.

Elminin dostu İntiqam özünə məxsus VAZ-2107 markalı avtomobillə onun yanına gəlib və 60 manata avtomobil səsgücləndiricisi satdığını deyib. Elmin isə həmin avadanlığı ondan 30 manata istəyib. İntiqam bu məbləğlə razılaşmayıb və avadanlığı digər ustaya 60 manata satıb.

Elə hər şey də bundan sonra başlayıb.

Səhəri gün Elmin İntiqamdan avtomobilini istəyib ki, Yevlax şəhərinə gedib gəlsin. İntiqam da etiraz etməyib.

Avtomobili dostundan götürən Elmin özünü və avtomobili xüsusi portaldan qeydiyyatdan keçirərək azad olunmuş əraziyə gedib. Ağdam şəhərində avtomobil xarab olub. Bundan əsəbiləşən Elmin avtomobildə olan maqnitafon, səsgücləndirici və digər avadanlıqları söküb, yük yerində olan benzini götürərək maşının salonuna töküb od vurub.

Hadisə yerinə polis əməkdaşları gələrək Elmini saxlayıblar. Üzərinə baxış zamanı ondan bıçaq və narkotik vasitə olan metanfetamin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə E.Məmmədov 3 il 3 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək bir il sınaq müddəti təyin edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Gəncədə sələmə pul verən ailənin evinə silahlı basqın - TƏFƏRRÜAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər