Həbsdə olan tiktoker ev dustaqlığına buraxılıb
Far.Az xəbər saytı

Həbsdə olan tiktoker ev dustaqlığına buraxılıb


Nərimanov Rayon Məhkəməsində tiktoker "Magerramov" ləqəbli Əmrah Məhərrəmovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi vəsatətə baxılıb.

Far.Az apa-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Əmrah Məhərrəmovun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Xatırladaq ki, Ə.Məhərrəmov ötən ilin dekabr ayında saxlanılıb. Ə.Məhərrəmov Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bundan əvvəl "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov da ev dustaqlığına buraxılıb.

Oxşar xəbərlər

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ev dustaqlığına buraxılan tiktokerlərə niyə elektron qolbaq tətbiq edilməyib?
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər