Sabah bu ərazidə 10 min abonentin qazı KƏSİLƏCƏK
Far.Az xəbər saytı

Sabah bu ərazidə 10 min abonentin qazı KƏSİLƏCƏK


Sabah İmişlinin 21, Biləsuvarın 11 yaşayış məntəqəsində qaz olamayacaq.

Far.Az xəbər verir ki, məhdudiyyət "Otuzikilər" ölçü qovşağından qidalanan diametri PE 315 mm-lik "Otuzikilər-Məzrəli-Məcburi köçkünlər qəsəbəsi" və diametri PE 225 mm-lik "Aranlı kənd" orta təzyiqli yeraltı daşıyıcı qaz kəmərləri və üzrərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə yaranacaq.

Məlumata görə, iyunun 13-də saat 09:00-dan etibarən, sınaq işləri başa çatanadək İmişli rayonunun 21 kəndində - Yuxarı Qaralar, Otuzikilər, Murğuzallı, Muradallı, Mürsəlli, Xoşçobanlı, Qaraqaşlı, Ölcələr, Nurulu, Sultanmuradlı, Qaradonlu, Çahar, Gövhərli, Məzrəli, Çaxırlı, Xubyarlı, Qızılkənd, Aranlı, Hacırüstəmli, Hacalmuradlı, Kürmahmudlu kəndlərində, Biləsuvar rayonunun izibati ərazisində yerləşən 11 "Məcburi köçkünlər" qəsəbəsində (ümumi 10 min 591 abonent) "Otuzikilər" QPS-dən qidalanan "Otuzikilər" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Oxşar xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Bu gün bəzi ərazilərdə qaz olmayacaq
DİQQƏT! 18 mindən çox abonentin qazı kəsiləcək
İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq
Sabah İmişlidə 9 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq
Bu gün İmişlinin 2 kəndində qaz olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər