Putin İran Prezidenti və İsrail Baş naziri ilə telefon danışıqları aparıb
Far.Az xəbər saytı

Putin İran Prezidenti və İsrail Baş naziri ilə telefon danışıqları aparıb


Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkian və İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışıqları aparıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya lideri İsrail zərbələri nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İran rəhbərliyinə və xalqına başsağlığı verib. O həmçinin vurğulayıb ki, Rusiya İsrailin BMT Nizamnaməsini və beynəlxalq hüququ pozaraq həyata keçirdiyi əməlləri pisləyir.

"Rusiya tərəfi İran nüvə proqramı ətrafında vəziyyətin sülh yolu ilə tənzimlənməsi üçün səyləri hərtərəfli dəstəkləyib, qarşılıqlı məqbul razılaşmaların tapılmasına yönəlmiş konkret təşəbbüslər irəli sürüb. Rusiya bundan sonra da İran və İsrail arasında münaqişənin deeskalasiyasına kömək edəcək", – mətbuat xidmətinin məlumatında deyilir.

Netanyahu ilə söhbətində Putin danışıqlar prosesinə qayıtmağın və İran nüvə proqramı ilə bağlı bütün məsələlərin yalnız siyasi-diplomatik vasitələrlə həll edilməsinin vacibliyini vurğulayıb, həmçinin gərginliyin daha da artmasını qabaqlamaq üçün vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Kreml qeyd edib ki, Moskva hazırkı vəziyyətin tənzimlənməsinə yönəlmiş həm Tehran, həm də Təl-Əviv ilə sıx əlaqələri davam etdirəcək.

Oxşar xəbərlər

Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər