Putin Ukrayna ilə danışıqları iyunun 22-dən sonra davam etdirməyə hazır olduğunu tədiqləyib
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığında rəsmi Moskvanın iyunun 22-dən sonra Kiyevlə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib.
BAKU.WS "Report"a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Rusiya tərəfi razılaşdırıldığı kimi, iyunun 22-dən sonra Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Donald Tramp bu məlumatı nəzərə alıb və bir daha Rusiya-Ukrayna münaqişəsinin tez bir zamanda dayandırılmasında maraqlı olduğunu qeyd edib", - Kremlin nümayəndəsi bildirib.
Xatırladaq ki, iyunun 2-də Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında bərpa olunmuş birbaşa danışıqların ikinci raundu keçirilib. Görüş bir saatdan çox davam edib. Tərəflər münaqişənin həlli aspektlərinə dair baxışlarını əks etdirən sənədlər mübadiləsi aparıblar.
Danışıqlardan sonra Rusiya və Ukrayna ağır xəstə və gənc (25 yaşa qədər) məhbusları "hamı hamı üçün" formatında - hər tərəfdən azı 1000 nəfərlə mübadilə etmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Putin BRICS çərçivəsində bir sıra dövlətlərin liderləri və BMT Baş katibi ilə görüşəcək
Azərbaycan və Türkiyənin BRİCS həmləsi: regional əməkdaşlıq güclənir - ŞƏRH
Yuri Uşakov: Rusiya və ABŞ prezidentlərinin gələn həftə görüşü çətin ki, baş tutsun - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













