Efiopiyada 400 minə yaxın insan daşqınlardan zərər çəkib
Efiopiyada irimiqyaslı daşqınlar və torpaq sürüşmələri nəticəsində 400 minə yaxın insan zərər çəkib.
“Far.Az” “Addis Standard” qəzetinə istinadən xəbər verir ki, bu barədə regionun Təbii Fəlakətlərin Qarşısının Alınması və Ərzaq Təhlükəsizliyi Komissiyasının rəhbəri Tesfau Batable bildirib.
“Təbii fəlakətlər ən çox Amhara bölgəsinə ziyan vurub. Regionun 34 rayonunda daşqınlar və onun səbəb olduğu torpaq sürüşmələri baş verib. Artıq Şimali Qondar, Cənubi Qondar və Vaq Hemra rayonlarında torpaq sürüşmələri qeydə alınıb. Şimal-Qərbi Tıqray regionundakı Tselemti bölgəsində dağ yamacında baş vermiş torpaq sürüşməsi 10 nəfərin ölümü ilə nəticələnib, 3 minə yaxın insan ev-eşiyini tərk etmək məcburiyyətində qalıb”, - məlumatda deyilir.
Batablenin sözlərinə görə, Amhara bölgəsinin səlahiyyətliləri Tselemti bölgəsində ehtiyacı olanlara 2 min ton humanitar yardım ayırıb.
Efiopiya Milli Meteorologiya Agentliyi ölkədə güclü yağışların sentyabrın 10-dək davam edəcəyini bildirib.
Batable qeyd edib ki, onun rəhnərlik etdiyi komissiyası təhlükə altında olan 21 ərazidə aktiv şəkildə su anbarları tikir. Qeyd olunur ki, səlahiyyətlilər ehtiyat tədbiri olaraq sakinlərdən bu əraziləri tərk etməyi xahiş edir.
Oxşar xəbərlər
Efiopiyada torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Efiopiyada torpaq sürüşməsi olub, ölənlər var
Efiopiyanın şimalında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 23-ə çatıb
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













