MN-in Təlim və Tədris Mərkəzinin Tibb Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor rütbəsində xidmət etmiş Şahin Quliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin baxış iclası iyulun 1-də keçiriləcək.
Qeyd edək ki, DTX tərəfindən Şahin Quliyevə qarşı AR Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ermənistan vətəndaşından məhkəmədə etiraf
Milyardlarla dollar dövriyyəsi olan Fransa şirkətinin vitse-prezidentinin Bakıda məhkəməsi başlayıb
Nəcməddin Sadıkov barəsində araşdırma aparıldığı TƏSDİQLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb
-
Kuşner: Əbu-Dabidə Ukrayna üzrə danışıqların ilk günü ümidvericidir













