Lənkəranda yük və minik avtomobilləri toqquşub
Far.Az xəbər saytı

Lənkəranda yük və minik avtomobilləri toqquşub


Lənkəranda yük və minik avtomobiləri toqquşub.

Far.Az apa-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 207-ci km-də, Lənkəran rayonunun Gərmətük qəsəbə ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Ford" markalı yük avtomobili, "Vaz-2104" markalı maşınla toqquşub. Qəza nəticəsində "Vaz-2104" markalı maşının sürücüsü Lənkəran rayonunun Gərmətük qəsəbə sakini 1976-cı il təvəllüdlü Natiq Mirzəbaba oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər