Astana yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğradı – 2 nəfər öldü
Far.Az xəbər saytı

Astana yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğradı – 2 nəfər öldü


Qazaxıstanın paytaxtı Astana yaxınlığında TL-2000 tipli yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Far.Az  xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Nəqliyyat Nazirliyi yayıb.

İlkin məlumatlara əsasən, təyyarədə iki ekipaj üzvü olub və hər ikisi hadisə nəticəsində həyatını itirib. Nazirlik bildirir ki, hava gəmisinin şəxsi mülkiyyətçiyə məxsus olduğu müəyyən edilib.

Qəzanın səbəblərini araşdırmaq məqsədilə xüsusi təhqiqat komissiyası yaradılıb. Nəqliyyatda Hadisələrin Araşdırılması İdarəsinin əməkdaşları artıq hadisə yerində araşdırmalara başlayıblar.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qəzaya uğrayan AZAL təyyarəsi Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub - İLKİN HESABAT
Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması qaydası təsdiqlənib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər