17 yaşlı qıza Alzheimer diaqnozu qoyuldu – Elm dünyası şokda
Çində 17 yaşlı gəncə erkən yaşda Alzheimer diaqnozu qoyulub. Xəstəliyin bu qədər gənc yaşda ortaya çıxması tibb dünyasında ciddi marağa səbəb olub.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, xəstə ilk olaraq dərslərə diqqət toplamaqda çətinlik çəkib. Daha sonra oxumaqda problem, qısa müddətli yaddaş itkisi və əşyaları tez-tez itirmə halları müşahidə olunub. Zamanla şikayətlər daha da ağırlaşıb. Gənc artıq bir gün əvvəl baş verənləri belə xatırlaya bilməyib.
Aparılan beyin müayinəsində hipokampus – yəni yaddaşa cavabdeh beyin bölgəsində kiçilmə aşkar edilib. Beyin-onurğa iliyi mayesinin analizində də Alzheimer xəstəliyinə xas biomarkerlər müəyyən olunub. Bu nəticələr erkən yaşda da olsa, diaqnozu dəstəkləyib.
Qeyd edək ki, Alzheimer xəstəliyi əsasən 65 yaşdan yuxarı insanlarda rast gəlinir. Ancaq 65 yaşdan aşağı baş verən hallara "erkən başlanğıclı Alzheimer" deyilir və bu hallar ümumi xəstəliklərin təxminən 10 faizini təşkil edir. 30 yaşdan aşağı pasiyentlərdə isə bu vəziyyət adətən irsi mutasiyalarla əlaqələndirilir və "ailəvi Alzheimer xəstəliyi" adlandırılır.
Lakin bu gəncdə aparılan geniş genetik testlər heç bir məlum genetik mutasiyanı ortaya çıxarmayıb. Ailəsində də demens və ya Alzheimer keçmişi olmayıb.
Yaddaş testlərinin nəticələri də xəstəliyin ağırlığını ortaya qoyub. Gəncin anlıq yaddaş göstəricisi yaşıdları ilə müqayisədə 87 faiz, ümumi yaddaş göstəricisi isə 82 faiz aşağı olub.
Pasiyentin müalicəsi ilə məşğul olan nevroloq Jianping Jia, bu hadisənin Alzheimer xəstəliyinə yanaşma tərzini dəyişdirdiyini bildirib. O, xəstəliyin yalnız yaşlı insanlara xas olmadığını vurğulayıb.
Araşdırma 2023-cü ilin fevral ayında Journal of Alzheimer's Disease jurnalında dərc olunub. Alimlər hesab edir ki, belə halların öyrənilməsi xəstəliyin səbəblərini daha dərindən anlamağa imkan yaradır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Şekspir" tamaşası nümayiş olunub
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR













