AQTA rəsmisi: Bu ilin ilk 5 ayında qida zəhərlənmələrinin 60 faizdən çoxu məişət zəminində baş verib
Azərbaycanda cari ilin ilk 5 ayı ərazində baş verən qida zəhərlənmələrinin 60 faizdən çoxu məişət zəminində baş verib.
Far.Az xəbər verir ki, bunu report-a açıqlamasında AQTA-nın qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova deyib.
Onun sözlərinə görə, hər il 600 milyona yaxın insan qida mənşəli xəstəliyə məruz qalır, onlardan 400 mini bu səbəbdən həyatını itirir:
"Statistika göstərir ki, dövriyyədə olan qidanı belə normalara uyğun saxlamadan istehlak etsək, qida zəhərlənməsi baş verə bilər. Bunun üçün gigiyenik qaydalara riayət etmək lazımdır. İstifadə edilən qidaların təzə olmasına və yararlıq müddətinə baxılmalıdır. Xüsusilə, ət məhsullarının 65 dərəcəyədək temperaturda yaxşı bişirilməsi tövsiyə olunur. Qidanı istehlak edəcəyimiz qədər hazırlamalıyıq. Bu həm israfçılığın, həm də qida zəhərlənməsinin qarşısını ala biləcək".
Bir neçə gün əvvəl Tovuzda baş verən kütləvi zəhərlənməyə diqqət çəkən AQTA rəsmisi qeyd edib ki, ictimai-iaşə müəssisələrində qidadan zəhərlənmə hallarına rast gəlinir:
"Müəssisələr istifadə edəcəkləri ət məhsullarını baytarlıq-sanitariya ekspertizasından keçirməlidirlər. Dönər ətinin yaxşı bişirilməsi artıq növbəti vacib məqamdır.
V.Sadıxova bildirib ki, bu sahədə çalışanlar həm işə qəbul olunmazdan əvvəl, həm də müəyyən zaman aralığında dövri müayinələrdən keçməlidirlər:
"İstifadə olunan avadanlıqlar müntəzəm dezinfeksiya edilməlidir. Müəssisəsinin sanitar-gigiyenik vəziyyətinin nəzarətdə saxlanılması vacibdir. Dönər kimi geniş istehlak edilən məhsulların həm təhlükəsiz hazırlanması, həm də satışı yalnız qanunvericiliyin tələbi deyil, eyni zamanda, sosial öhdəlikdir. Ona görə də bütün iaşə obyektlərini bu məsuliyyəti dərk etməyə, istehlakçıları isə daha diqqətli olmağa çağırırıq".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













