İsrailin hücumları nəticəsində daha bir iranlı nüvə aliminin ölümü məlum oldu
Far.Az xəbər saytı

İsrailin hücumları nəticəsində daha bir iranlı nüvə aliminin ölümü məlum oldu


Nüvə fizikası üzrə iranlı alim Süleyman Süleymani İsrailin İrana qarşı həyata keçirdiyi hərbi təcavüz zamanı həlak olub.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Süleymani İran İslam Respublikası Elmi-Texnologiya Universitetinin kimya fakültəsinin məzunu olub.

Bundan əvvəl İran mediası 13-24 iyun tarixləri arasında İsrailin hava zərbələri nəticəsində azı doqquz nüvə fizikinin həlak olduğunu bildirmişdi.

Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər. İyunun 22-də ABŞ də münaqişəyə qoşularaq İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərini bombalayıb. İyunun 23-də Tehran ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbi hava bazası olan Qətərdəki "Əl-Udeyd" bazasına raket zərbəsi endirib. Daha sonra Amerika prezidenti Donald Tramp İsrail və İranın atəşi tamamilə dayandırmağa razılaşdıqlarını bəyan edib. 24 iyunda atəşkəs qüvvəyə minib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Suyun müalicəvi gücü: "Nine Senses"də yeni texnologiya sağlamlığın bərpasına necə kömək edir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər