Sabunçuda narkotik satışı ilə bağlı 5 nəfər saxlanılıb
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib, 5 nəfər saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Far.Az-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Tədbirlər zamanı 44 yaşlı Samirə Rüstəmova, 36 yaşlı Bayram Feyziyev, 28 yaşlı Yaşar Əhmədov, 44 yaşlı Elbəyi Çərkəzov və 41 yaşlı Saleh Mirməmədov saxlanılıblar. Onlardan ümumilikdə 5 kiloqramdan artıq heroin, marixuana, psixotrop maddə metamfetamin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
Saxlanılanlar narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi gəlir qazanmaq niyyətində olduqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır













