Təbiətə 63 min manatdan çox ziyan vurulması ilə bağlı cinayət işi başlanıb
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri əsasında Azərbaycanın 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Bu barədə Far.Az-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 May küçəsində, Qusar rayonu Mucuq kəndinin şimal hissəsindəki yaşıllıq ərazidə, Tovuz rayonu Qovlar şəhəri M.Ə.Sabir küçəsi 45 ünvanında, Şəmkir rayonu Keçili kəndində və Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində meşə fonduna daxil olmayan 233 ədəd ağacın qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 63 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 260.2-ci (yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
"Vətəndaşları ekoloji hüquqpozmalara qarşı mübarizədə, təbiətin qorunması və ətraf mühitimizə təhlükə törədənlər üçün cavabdehlik və məsuliyyətin təmin edilməsində fəal olmağa, həmçinin istənilən şübhəli ekoloji pozuntular barədə məlumat verməyə çağırırıq", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Yaşıllıqları "boş torpaq sahəsi" görənlər və susanlar - ARAŞDIRMA
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Sülh əleyhinə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar













