Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb
"Report" bu barədə DVX-ya istinadən xəbər verir.
Vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı ötən ilin noyabr ayında Dövlət İmtahan Mərkəzi ilə birlikdə keçirilib. Test imtahanında ümumilikdə 2 392 nəfər iştirak edib, onlardan 616 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtlərini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb.
Müsabiqənin digər ixtisas sahələri üzrə ikinci mərhələsində iştirak edən daha bir qrup namizədlə bağlı yekun nəticələr açıqlanıb. Bu mərhələdə iştirak etmiş 95 namizəddən 67-si müsabiqəni uğurla başa vurub.
Uğur qazanan namizədlər DVX-nın kadr ehtiyatı bazasına daxil edilərək vakant vəzifələrə təyin olunacaqlar. Müsabiqənin nəticələri barədə ətraflı məlumatla buradan tanış olmaq mümkündür.
Qeyd edək ki, müsahibələr mərhələli şəkildə keçirilir və başa çatdıqdan sonra nəticələri elan olunur.
Oxşar xəbərlər
DİM taksi sürücüləri üçün test imtahanı keçirib - YENİLƏNİB
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib
Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır
DİM taksi sürücüləri üçün test imtahanı keçirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













