Narkotik dövriyyəsində ittiham olunan Famil Xəlilovun məhkəməsi başlayıb
Far.Az xəbər saytı

Narkotik dövriyyəsində ittiham olunan Famil Xəlilovun məhkəməsi başlayıb


Külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilən Famil Xəlilovun cinayət işi üzrə məhkəmə başlayıb.

Far.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Müdafiəçilər F. Xəlilovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər.

Məhkəmə qısa müşavirədən sonra vəsatətin təmin olunmaması ilə bağlı qərar çıxarıb.

Proses sentyabrın 5-də davam etdiriləcək.

Qeyd edək ki, F. Xəlilov mayın 4-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Hüseyn Abdullayevin məhkəməsi səhhəti ilə bağlı təxirə salınıb
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər