Nərmin Kərimbəyovanın qızı tanımadığı qadının həyatını xilas etdi
Müğənni Nərmin Kərimbəyova Türkiyəyə tətilə yollanıb.
Far.Az xəbər verir ki, sənətçi səfərini qızı Dilarə ilə birgə planlayıb. Nərmin istirahətindən olan şəkillərini sosial media hesabında sevənləri ilə bölüşüb.
Amma ifaçının bu gəzintisi unudulmaz anlarla yadda qalıb.
Belə ki, Kərimbəyovanın qızının başına iş gəlib.
Onun qızı içəcəklər üçün anasından ayrılıb, bu zaman Ankarada onlarla eyni məkana istirahətə gələn Səbirə adlı qadın hovuza daxil olarkən, səhv yerdən düşdüyü üçün boğulmağa başlayıb.
Həmin an heç bir hovuz mühafizəsi yaxınlıqda olmayıb. Dilarə özünü suya atıb və qadının həyatını xilas edib.
Səbirə balacanın bu cəsarətinə görə ona xeyir-dua verib, təşəkkürünü bildirib.
Qeyd edək ki, Nərmin Kərimbəyovanın qızı peşəkar üzgüçülük və rəssamlıqla məşğuldur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













