Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
"Azercell Telekom" MMC telekommunikasiya və texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin beynəlxalq alyansı olan TeleManagement Foruma (TM Forum) rəsmi üzv olub. Rəqəmsal transformasiyanı təşviq edən bu təşkilatın üzvləri sırasında Vodafone, Orange, Deutsche Telekom kimi qlobal operatorlarla yanaşı, Amazon, Microsoft və Nokia kimi texnologiya nəhəngləri də yer alır.
Dünyanın aparıcı şirkətlərini bir araya gətirən bu platformaya qoşulmaqla Azercell xidmətlərin inkişafı, müştəri təcrübəsinin optimallaşdırılması və tərəfdaşlıq ekosisteminin genişləndirilməsini dəstəkləyən geniş imkanlara çıxış əldə edir.
"TM Foruma üzvlüyümüz ən yaxşı təcrübələrin tətbiqinə və daimi inkişafa dair formalaşdırdığımız vizyonun daha bir mərhələsidir," – deyə Azercell-in Məlumat Analitikası və Süni İntellekt departamentinin direktoru Sabir Mərdanov bildirib. "Aparıcı rəqəmsal xidmət təminatçıları ilə əməkdaşlıq çərçivəsində rəqəmsal infrastrukturumuzu beynəlxalq standartlara uyğunlaşdırmaqla, biz innovativ texnologiyaların tətbiqini daha da sürətləndirəcək, Azercellin həyata keçirdiyi transformasiyanın effektivliyini daha da artıracağıq. Bu da nəticə etibarilə xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq".
Azercell innovativ həllər və gələcəyə yönümlü xidmətlərin aparıcı təminatçısı olaraq öz mövqeyini daha da gücləndirməyi hədəfləyir. Bu strategiya çərşivəsində rəqəmsal xidmətlərin inkişafı, süni intellektə əsaslanan həllərin inteqrasiyası və texnoloji infrastrukturun təkmilləşdirilməsi xüsusi yer tutur. TM Forum kimi qlobal təşkilatlarla əməkdaşlıq bu məqsədlərə xidmət edən mühüm addımlardan biridir.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













