Cərrahiyyə əməliyyatı zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyində xüsusi yaradılan işçi qrup mövcud qanunvericiliyə uyğun şəkildə məsələni araşdıracaq: "Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
Xatırladaq ki, son zamanlar həkimlərin mediada və sosial şəbəkələrdə müxtəlif tibbi prosedurlar zamanı canlı yayım açması faktları ilə bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılır, nəticə olaraq xəbərdarlıq və cərimələr tətbiq edilir. Həmçinin AEM tərəfindən hər bir fakt üzrə həkimlər və klinikaların rəhbərliyi səhiyyə nazirinin 29 dekabr 2011-ci il tarixli "Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında" əmri barədə məlumatlandırılır.
Qeyd olunan davranış, yəni əməliyyat zamanı həkimin sosial şəbəkələrdə canlı yayım etməsi həm "Həkimlərin etik davranış qaydaları"na, həm də reklam və şəxsi maraqların təbliği ilə bağlı qanunvericiliyə ziddir.
Əməliyyat zamanı sosial şəbəkə vasitəsilə qeyri-rəsmi çəkiliş və yayım halları bu prinsiplərin pozulması sayılır və müvafiq inzibati məsuliyyət yaradır.
Qeyd edək ki, ötən günlərdə travmatoloq-ortoped Aqşin Məmmədov "TikTok" sosial media hesabında cərrahiyyə əməliyyatı zamanı canlı yayım açıb.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Pasiyentinin çılpaq şəklini paylaşan həkimi hansı cəza gözləyir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı













