Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR
Bu gün "İstehlakçıların Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi (İMD İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Mingəçevirdə, MRM-nın konfrans zalında "Şəhid Ülvi Qulamlı xatirələrdə" adlı videoçarxın təqdimatını reallaşdırıb. "Konstitusiya və Suverenlik İli" çərçivəsində reallaşan layihə Mingəçevir şəhidi, 44 günlük Zəfər savaşı zamanı qəhrəmancasına döyüşən və həyatını itirən Ülvi Qulamlıya həsr edilib.
Far.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İMD İB-nin sədri Emil Əkbərov göstərdiyi dəstəkdən dolayı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib. E. Əkbərov bu günə qədər 3 şəhidimizlə bağlı film ərsəyə gətirdiklərini deyib.
Sonra layihənin media tərəfdaşı, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov çıxış edərək bu kimi layihələrin Şəhidlərimizin tanıdılması baxımından mühüm əhəmiyyətə malik olduğunu deyib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi Sahib Əliyev isə çıxış edərək şəhər rəhbərliyinin salamlarını çatdırdı və videoçarxın yüksək səviyyədə hazırlanmasına görə texniki heyətə təşəkkür etdi.
"Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin sədri Fərman Nəbiyev çıxışında şəhid ailələriniə hər zaman diqqət göstərilməsinin vavibliyində danışıb.
Tanınmış telejurnalist, aparıcı İnqilab Şirinli çıxışında bu günə qədər səkkiz yüzə yaxın şəhid ailəsi ilə bağlı reportajların, verilişlərin ərsəyə gətirdiyini deyib.
Sonra Şəhid Ülvi Qulamlıya həsr edilmiş videoçarxın təqdimatı keçirildi.
Təqdimatdan sonra Şəhid Ülvi Qulamlının anası İradə Qulamlı çıxış edərək göstərilən diqqətdən dolayı əziyyəti keçən hər kəsə təşəkkür etdi.
Sonda iştirakçılara videoçarxın diskləri paylanıldı.
Oxşar xəbərlər
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub
-
Milyardlıq kosmetika imperiyasını tərk edib rahibliyə keçdi













