"McDonald"s Azərbaycan" şəhid və veteran ailələrindən olan uşaqlar üçün yay düşərgəsində istirahət təşkil edib
"McDonald"s Azərbaycan" beynəlxalq yarışlarda iştirak etmiş şəhid və veteran ailələrindən olan 14 məktəbli üçün "Camphood" yay düşərgəsində istirahət proqramı təşkil edib.
Düşərgədə uşaqlarla birlikdə onların anaları da iştirak ediblər. Proqrama istirahət, ünsiyyət, əyləncəli və maarifləndirici tədbirlər daxildir.
Qeyd edək ki, bundan əvvəl həmin məktəblilər "McDonald"s Azərbaycan"-ın dəstəyi ilə TIMO və IMEC beynəlxalq olimpiadalarında iştirak etmiş və mükafata layiq yerlər qazanmışdılar. Məhz bu uşaqlar üçün "McDonald"s Azərbaycan" Bilgəh qəsəbəsində yerləşən "Camphood" yay düşərgəsində istirahət təşkil edib.
Düşərgənin proqramı müxtəlif idman oyunları, yaradıcılıq üzrə ustad dərsləri və maarifləndirici sessiyaları əhatə edib. Bu fəaliyyətlər uşaqlara öz bilik və bacarıqlarını inkişaf etdirməyə imkan verib.
İştirakçıların fiziki durumuna və yaxşı əhval-ruhiyyələrinin qorunmasına xüsusi diqqət yetirilib ki, bu da düşərgədə səmimi və mehriban atmosferin formalaşmasına töhfə verib.
Tədbir "McDonald"s Azərbaycan" ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib.
Bu sənəd korporativ sosial məsuliyyət layihələrinin icrasına yönəlib və şəhid və veteran ailələrindən olan uşaqların dəstəyinə xidmət edən bir sıra birgə təşəbbüslərin əsasını təşkil edir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"McDonald"s Azərbaycan" olimpiadalarda iştirak edən şəhid və veteran övladlarına dəstək olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
-
44 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərildi
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır













