Bolt for Business Baku Electronics-də yeni Apple məhsullarının satışına dəstək verir
Bolt for Business Baku Electronics ilə əməkdaşlıq çərçivəsində yeni Apple smartfonlarının satışının başlanması münasibətilə keçiriləcək gecə tədbirinə mobillik dəstəyi göstərəcək.
Aktivasiya 24 sentyabrdan 25 sentyabra keçən gecə, saat 22:00-dan 03:00-dək Baku Electronics-in İnşaatçılar filialında keçiriləcək. Tədbir yeni Apple smartfonlarının satışının 25 sentyabrdan başlaması münasibətilə təşkil olunur.
Tədbirə gələn və mağazadan geri qayıdan istifadəçilər Bolt tətbiqində təyinat məntəqəsi kimi "iphone18" qeyd etməklə səfərlərdə 25% endirimdən yararlana biləcəklər. Endirim Baku Electronics-in İnşaatçılar filialına gəliş və gediş səfərlərinə tətbiq olunacaq.
Bolt for Business Azərbaycan üzrə rəhbəri Salman Babazadə deyib:
"Yeni məhsulların satışa başladığı günlərdə mağazalara böyük maraq olur. Baku Electronics ilə əməkdaşlıq çərçivəsində məqsədimiz ziyarətçilərin mağazaya rahat çatmasına və geri qayıtmasına dəstək verməkdir."
Tədbir çərçivəsində 25 sentyabr tarixində müştərilər üçün bir sıra imkanlar təqdim olunacaq:
● smartfon alışı zamanı cihazın pulsuz aktivləşdirilməsi;
● smartfona qoruyucu şüşənin pulsuz çəkilməsi;
● yeni smartfonlar üçün original case-lərin endirimli qiymətlərlə əldə edilməsi;
● əvvəlcədən onlayn sifariş edilmiş smartfonların mağazadan təhvil alınması;
● dəyərli hədiyyənin - yeni Apple iPhone 18 Pro-nun uduşu.
Tədbir zamanı ziyarətçilərin mağazaya giriş və çıxışını asanlaşdırmaq üçün xüsusi götürmə və düşürmə nöqtələri təşkil olunacaq.
Baku Electronics-in Marketinq direktoru Aslan Həsənli isə öz növbəsində bildirib: "Müştərilərimizin rahatlığı və məmnuniyyəti bizim üçün hər zaman ən əsas prioritetdir. Yeni məhsullarımızın təqdimatı günlərində Bolt ilə birlikdə müştərilərimizə belə bir üstünlük təklif etməkdən məmnunuq. Bu əməkdaşlıq sayəsində alıcılarımız mağazalarımıza daha rahat və sürətli şəkildə gələrək ən yeni texnologiyaları kəşf edə və alış-verişdən tam zövq ala biləcəklər."
Oxşar xəbərlər
Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı
-
Qazaxda açıq ərazidə yanğın baş verib
-
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat
-
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir













