Culfada 21 yaşlı hamilənin ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərildi
Allahverdiyeva Gülcan İlham qızının Culfa Rayon Xəstəxanasından Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə aparılarkən yolda ölməsi ilə bağlı Culfa Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında istintaqı aparılmış cinayət işinin istintaqı tamamlanıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, istintaqla Culfa rayon sakini 01.07.2004-cü il təvəllüdlü Allahverdiyeva Gülcan İlham qızının ölümünə səbəb Culfa Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin mama-ginekoloqu vəzifəsində işləyən Ağayeva Zülfüyyə Hüseyn qızının vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib səhlənkarlıq etməsi nəticəsində G.Allahverdiyevaya hamiləliyi dövründə qüsurlu tibbi xidmət göstərmiş, hamiləyə antenatal xidməti tam həcmdə aparmamış, nəticədə, hamilə qadın "Hiperkoaqulyasiya fonunda ağciyər arteriyası şaxələrinin trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı"ndan ölməsinə və digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Zülfüyyə Ağayevaya Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri birinci oxunuşda qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
-
44 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərildi













