"Ölkə.Az" 11 yaşını qeyd edir
Far.Az xəbər saytı

"Ölkə.Az" 11 yaşını qeyd edir


Bu gün "Ölkə.Az" xəbər agentliyi 11 yaşını qeyd edir.

Far.Az xəbər verir ki, agentlik 2014-cü ildə aktiv media resurslarının siyahısına qatılıb.

Fəaliyyətə başladığı ilk günündən etibarən agentlik Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan ən son yenilikləri operativ şəkildə oxuculara çatdırır.

Saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazılar dərc olunmaqla bərabər, dünyada baş verən maraqlı xəbərlər də işıqlandırılır.

Qeyd edək ki, "Ölkə.Az" Xəbərlər və İnformasiya nominasiyası üzrə 2015-ci ildə həm "Netty", həm də "MilliNet" mükafatlarının qalibi olub.

Bundan əlavə, 2015-ci ilin sentyabr ayından "Azərbaycan Mətbuat Şurası"nın üzvüdür.

Həmçinin "Ölkə.az" Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqədə 96 veb-sayt arasında qaliblərdən biri olub.

Far.Az kollektivi adından "Ölkə.Az" xəbər agentliyində çalışan həmkarlarımızı təbrik edirik!

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər