Mütəxəssislərdən günəş kremi ilə bağlı XƏBƏRDARLIQ
Far.Az xəbər saytı

Mütəxəssislərdən günəş kremi ilə bağlı XƏBƏRDARLIQ


Mütəxəssislər günəş kremlərində yüksək qoruma faktoruna aldanmamağa çağırıblar. Bildirilib ki, SPF 30 və daha yüksək göstəricili kremlər dəri qorunması üçün kifayət edir.

Far.Az xəbər verir ki, Van Yüzüncü Yıl Universiteti Tibb Fakültəsinin Dermatologiya kafedrasının rəhbəri Hatice Uce Özkol saxta və keyfiyyətsiz günəş qoruyucularının ciddi dəri problemlərinə səbəb olduğunu açıqlayıb.

Onun sözlərinə görə, xüsusilə internet və nəzarətsiz satış nöqtələrindən alınan məhsullar bəzi hallarda xəstələrin reanimasiyaya yerləşdirilməsi ilə nəticələnib.

Dermatoloq bildirib ki, yay aylarında xüsusilə saat 10:00-15:00 aralığında birbaşa günəş şüalarından qorunmaq vacibdir. Bu saatlarda açıq havada qalındıqda mütləq günəş kremindən istifadə edilməlidir.

Mütəxəssis həmçinin qeyd edib ki, SPF 90 və ya 100 kimi çox yüksək göstəricilərin əlavə üstünlüyü yoxdur:

"SPF 30 və üzəri məhsullar kifayət qədər qoruma təmin edir. Əsas məsələ məhsulun keyfiyyəti və dəri tipinə uyğun seçilməsidir".

Həkimlər günəş kremlərinin yalnız apteklərdən və dermatoloq məsləhəti ilə alınmasını tövsiyə edirlər. Onların sözlərinə görə, ucuz və saxta məhsullar dəri ləkələri, yanıq və digər ciddi problemlərə səbəb ola bilər.

Oxşar xəbərlər

SPF-lər dərini BU TƏHLÜKƏLİ XƏSTƏLİKDƏN QORUYUR - AÇIQLAMA
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər