"Porsche Summer Festival" Bakıda Möhtəşəm Atmosferdə Keçirildi
12 iyul tarixində SeaBreeze ərazisində keçirilən Porsche Festivalı avtomobil həvəskarlarına unudulmaz bir gün yaşatdı. Gün boyu davam edən tədbirdə qonaqlar həm sürət dünyasının əfsanəvi modellərini yaxından kəşf etdi, həm də əyləncə dolu anların dadını çıxardılar.
Festival ərazisində 911 GT3, 718 GT4 RS, Taycan Turbo GT və daha bir çox eksklüziv Porsche modelləri nümayiş etdirilərək ziyarətçilərə unikal təcrübə yaşadıldı. Avtomobil nümayişləri ilə yanaşı, ərazi boyunca fərqli əyləncələr təşkil olunmuşdu. Mini qolf, mini bilyard, balıq tutma oyunu, ZiqZaq oyunu daxil olmaqla səkkiz müxtəlif oyun sahəsi qurulmuşdu və xüsusilə uşaqlar üçün FaceArt rəssamları fəaliyyət göstərirdilər.
Oyunlarda iştirak edən və qalib gələn qonaqlar Porsche Bakı Mərkəzi tərəfindən təqdim olunan xüsusi hədiyyələr, həmçinin ərazidə yerləşdirilmiş mini-trucklardan ödənişsiz hot-dog, popkorn və kokteyllər qazanmaq imkanı əldə etdilər.
Gün boyu davam edən proqramda canlı DJ performansları, müxtəlif musiqi bandlarının çıxışları, rəqs şouları və daha bir çox sürpriz məqamlar festivalın ən yadda qalan anlarına çevrildi.
Böyük qonaq axını ilə keçən tədbir həm uşaqlara, həm böyüklərə unudulmaz təəssüratlar yaşatdı. Festival iştirakçıları Porsche-un dinamik dünyasına bir addım daha yaxınlaşaraq əyləncəni, musiqini və sürəti eyni anda hiss etdilər.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
"Real"ın prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edib
-
"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb













