Sürücülər risk altındadırlar: Masazır dairəsi istiqamətində böyük TƏHLÜKƏ
Son günlər paytaxtda və şəhərətrafı ərazilərdə yağış barmaqlıqlarının olmaması ilə bağlı şikayətlər artır. Bu dəfə narazılıq Masazır dairəsi yaxınlığındakı yolla bağlıdır.
Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə bildirilib ki, Sumqayıt istiqamətindən Masazır dairəsinə gedən köməkçi yolda yağış sularının axıdılması üçün nəzərdə tutulan bir sıra barmaqlıqlar yoxdur. Bu isə xüsusilə, sürücülər üçün ciddi təhlükə yaradır.
Ərazidə təxminən 8-10, bəzi hissələrdə isə 15 metr məsafədən bir yağış sularının axıdılması üçün dəliklər yerləşir. Lakin onların üzərindəki dəmir barmaqlıqların olmaması qəza riskini artırır və avtomobillərin zədələnməsinə səbəb ola bilər.
Baku TV-nin çəkiliş qrupunun ərazidə apardığı müşahidələr zamanı məlum olub ki, problem yolun bir neçə hissəsində mövcuddur. Demək olar ki, hər üç barmaqlıqdan biri yoxdur.
Sözügedən problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu cür ərazilərə həm paytaxtda, həm də şəhər ətrafında mütəmadi baxış keçirilir və oğurlanan və ya sıradan çıxan dəmir barmaqlıqlar bərpa olunur.
Qurumun məlumatına görə, buna baxmayaraq, bəzi şəxslər yağış barmaqlıqlarını yenidən oğurlayırlar. Nəticədə isə yaranmış boşluqlar sürücülər üçün təhlükə yaradır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI













