Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı
Bakıda gecə klubunun qarşısında qətl törətməkdə təqsirləndirilən Həsən Məcidovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə veriblər.
Şahid T.M. mərhum Emil Rəcəblini tanıdığını, təqsirləndirilən H.Məcidovu isə hadisə günü tanıdığını məhkəməyə bildirib:
"Hadisə baş verən gün mən gecə saat 1-ə yaxın karaokeyə gəldim. Dostlarımla vədələşmişdik ki, burada görüşüb bayramı qeyd edək, əylənək. Mən gələndə dostlarımdan hələ gələn yox idi. Onlar gələnə kimi sifarişimi verib masada əyləşdim. Gördüm ki, Emil yanında bir qız və dostları ilə məkana daxil oldular. Emili on ilə yaxındır ki, tanıyırdım. Məni öz stollarına dəvət edib hamı ilə tanış etdi. Dostlarım da elə bu vaxt gəlib çıxdılar. Mən üzr istəyib öz masamıza getdim. Klubda tanıdığım qızlar məni rəqsə dəvət etdilər. Elə oldu ki, Emilin yanındakı qızla bir araya gəldik. Rəqs bitən kimi Emil çox əsəbi halda gəlib qızla nə danışdığımı soruşdu. Mən adi, kiçik bir söhbətin olduğunu dedim. Elə bunu demişdim ki, Emil boynumdan, qolumdan tutub sıxmağa başladı. Buraxsın deyə onu itələyəndə, mənə zərbələr endirməyə başladı. Məni çölə çıxardılar. Geri qayıdanda gördüm ki, hamı karaokenin sağ tərəfinə yığışıb, dava-qırğındır. Emilin necə vurulduğunu, Həsənin əlində bıçaq olduğunu görməmişəm".
Növbəti iclas oktyabrın 27-nə təyin edilib.
Xatırladaq ki, hadisə 2026-cı il yanvarın 1-də, gecə 2 radələrində Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən "Purple Karaoke Bar" gecə klubunun qarşısında qeydə alınıb. 36 yaşlı Həsən Məcidovla 32 yaşlı Emil Rəcəbli arasında klubda mübahisə yaranıb. Sonra obyektin qarşısında H.Məcidov E.Rəcəblini bıçaqlayıb. Ağır yaralanan E.Rəcəblinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən H.Məcidov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib













