Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəyə baxmadı: Pasiyent ertəsi gün öldü
Siyəzən rayon sakini Mabəddin Qabil oğlu Zeynalov atasının Mərkəzi Klinikada icra edilən əməliyyatdan bir neçə gün sonra öldüyünü bildirib.
BAKU.WS xəbər verir ki, "Unikal"a müraciət edən M.Zeynalov qeyd edib ki, atası Qabil Mabəddin oğlu Zeynalov ürəyin işemik xəstəliyindən əziyyət çəkib:
"18 aprel 2025‐ci il tarixdə atamın səhhətinin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyuldu. Təcili yardımın köməyi ilə atam Bakı şəhərində yerləşən Mərkəzi Klinikaya təxliyə edildi. Mərkəzi Klinikanın həkim‐kardioloqu Firdovsi İbrahimov atamı müayinə etdikdən sonra, onda ürək damarının tutulmasını aşkar edib. Ürəyinin damarına angioplastika üsulu ilə stent yerləşdirib.
Firdovsi İbrahimov bildirdi ki, atam əməliyyatdan bir həftə sonra, yəni 26 aprel 2025‐ci il tarixdə təkrar tibbi müayinədən keçməlidir.
Həmin tarixdə atamı Mərkəzi Klinikaya Firdovsi həkimin baxışından keçməsi və növbəti müayinə üçün apardıq. Lakin Firdovsi İbrahimov öz xəstəsinə yardım göstərməkdən imtina etdi. Ertəsi gün isə atam dünyasını dəyişdi", - deyə şikayətçi qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fuad Poladovun qızı Xalq artistinin həyatını yarıda qoyan xəstəliyindən danışdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













