Erməni əsirliyində olmuş azərbaycanlı: İşgəncələrə məruz qalırdım, döyülürdüm
Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Məmmədov 1993-cü ilin fevral ayında döyüşlər zamanı əsir götürüldüyünü söyləyib.
Far.Az report-a istinadən xəbər verir ki, o, Azərbaycanın həmin vaxt Ermənistan slahlı qüvvələrinin işğalı altında olan ərazilərində, o cümlədən evlərdən birinin zirzəmisində, Xankəndidə, Şuşa həbsxanasında saxlanıldığını deyib.
O əlavə edib ki, əsirlikdə saxlanılan zaman işgəncələrə məruz qalıb, dəyənəklə, yumruq və təpiklə döyülüb. Əsirlikdə olduğu üç ay müddətində az miqdarda çörək və su verilib.
Zərərçəkmiş Maarif Rüstəmov ifadəsində 2020-ci ildə baş vermiş 44 günlük müharibədə iştirakı zamanı ağır yaralandığını söyləyib. O, hadisənin sentyabrın 27-də Kəlbəcər rayonu istiqamətində, Murovdoğda baş verdiyini bildirib:
"Həmin vaxt özündən başqa daha 2 nəfər yaralanıb, 4 nəfər şəhid olub".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsinin başlamasından 4 il ötür
Ərazilərimizin işğalı zamanı əsir və girovluqda dəhşətli işgəncələrə məruz qalanlar məhkəmədə ifadə veriblər
Azərbaycanlılara işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirilib
Əsir düşən azərbaycanlılara verilən işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













