Neftçala sakini qayınatasına və arvadına vintaçanla xəsarət yetirib - TƏFƏRRÜAT
Neftçala rayon sakininin arvadına və qayınatasına xəsarət yetirməsinin təfərrüatı məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Xıllı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Fərid Bağırov qəsəbə ərazisində yerləşən parkların birində dincələn qayınatası 59 yaşlı Hüseyn Əhmədova vintaçanla bir neçə dəfə xəsarət yetirib.
Daha sonra o, sonra yaşadığı evə gedərək həyat yoldaşı 39 yaşlı Əfsanə Bağırovaya da eyni formada xəsarətlər yetirib. Yaralılar qonşuların köməkliyi ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə şahidi Abbas Cəbrayılovun sözlərinə görə, o, parkda zərərçəkən Hüseynlə əyləşibmiş. Daha sonra Fərid Bağırov parka gəlib və onlarla görüşüb:
"Ondan soruşdum ki, nə olub sənə, nəsə birtəhərsən? Sonra Fərid parkı fırlanıb, yenidən gəldi yanımıza. Qəfil atlanıb, Hüseynin böyür tərəfinə 5-6 xəsarət yetirdi. Heç xəyalıma gəlməzdi ki, belə hadisə olar. Sonra stolu birtəhər qaldırdım, Hüseyn qaçdı. Fərid qayınatasına deyirdi ki, səni öldürəcəyəm. Sonra öyrəndik ki, öz yoldaşını da vurub".
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, iyulun 23-də saat 17:30-da 2 nəfər (biri qadın, biri kişi cinsli) Neftçala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1966-cı il təvəllüdlü kişiyə döş qəfəsinin deşilmiş yaraları, 1986-cı il təvəllüdlü qadına isə qarının epiqastral nahiyəsinin kəsilmiş-deşilmiş və bədənin çoxsaylı deşilmiş yaraları diaqnozu təyin olunub.
Hər iki şəxsə zəruri tibbi xidmətlər göstərildikdən sonra onlar Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Bakıda iki kişi arasında görünməmiş dava: "Arvadına bağlanmışam, ayrıla bilmirəm" - TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













