Qıza qarşı əxlaqsızlıq edən şəxslərə AĞIR CƏZA
Şirvan Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə və seksual xarakterli hərəkətlərə məcbur etmədə təqsirləndirilən Nahid Quliyev və Rizvan Balayevin (hər iki şəxsin adları, soyadları şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Far.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, 2008-ci il təvəllüdlü Nahid Quliyev və Rizvan Balayev cinsi ehtiraslarını pozğun formada təmin etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 14 yaşına çatmayan - 2010-cu il təvəllüdlü, zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) 2023-cü ilin avqust ayında istintaqa və məhkəməyə məlum olmayan gündə və vaxtda iki dəfə, həmin ilin sentyabr ayında isə bir dəfə Astara rayonu ərazisində yerləşən orta məktəblərinin birinin sinif otağında və zirzəmisində zor tətbiq ediblər. Onlar qızın qollarını arxada tutub sıxıb, şillə ilə vuraraq müqavimət imkanlarından məhrum edib və seksual xarakterli zorakılıq hərəkətləri ediblər.
Bundan başqa, Nahid zərərçəkmiş şəxs şəxsin həyatının sirri olan məlumatları əks etdirən videoçəkliş materiallarının başqasına verilməsi və qanunsuz toplanması məqsədi ilə Rəhmanın S.S.-ə qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətlərini məhkəməyə məlum olmayan tarixdə və vaxtda icra edən zaman öz telefonu ilə videoçəkilişini edərək qanunsuz toplayıb. 2024-cü ilin yanvar ayının sonlarında isə həmin videoçəkiliş materiallarını telefon vasitəsilə Rəhmana göndərib başqasına verməklə S.S.-in şəxsi həyatının toxunulmazlığı hüququnu pozub.
Bundan başqa, hər iki şəxs 2024-cü ilin fevral və mart aylarında istintaqa və məhkəməyə məlum olmayan gündə və vaxtda iki dəfə və 6 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda bir dəfə sözügedən məktəbinin sinif otağında və zirzəmisində zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahid Quliyev və Rizvan Balayevin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













