Keçmiş bələdiyyə sədri yenə cəzalandırıldı - Bu qədər pul ödəməlidir
Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva ilə birgə məhkum edilmiş bacısı İlknur Turkut növbəti dəfə cəzalandırılıb.
Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İlknur Turkut dələduzluqla pullarını və qızıllarını ələ keirdiyi Nurənə Məmmədova tərəfindən məhkəməyə verilib.
Nurənə Məmmədova cavabdehdən maddi ziyana görə 35 min 700 manat, mənəvi ziyana görə isə 5 min min manat tələb edib. Hazırda həbsdə olan İlknur isə məhkəmədə iştirakdan imtina edib. İddiaya münasibət bildirməyib.
Məhkəmə zərərçəkmişin təqdim etdiyi sənədləri araşdırdıqdan sonra qərarını açıqlayıb.
İddia tələbi yalnız maddi hissədə təmin edilib. İlknur Turkutdan zərərçəkmişin xeyrinə 35 min 700 manat tutulmasına qərar verilib. İ.Turkut qərarı icra etməsə, zərərçəkmiş tərəf onun yenidən cinayət məsuliyyətinə cəlb edilməsi üçün müraciət edə bilər.
Qeyd edək ki, İlknur və bacısı Aytac Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinib. Aytaca 7, İlknura 6 il həbs cəzası verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sabiq bələdiyyə sədrinin bacısı ilə bağlı daha bir hökm çıxarıldı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













