Boğularaq qətlə yetirilən qadının cinayəti necə aşkarlandı?
Kişi başqa bir adamla sevgili olan həyat yoldaşını boğaraq qətlə yetirib.
Belə ki, Həmid və Firuzə (adlar şərtidir) ortaq qohumlarının vasitəçiliyi ilə tanış olmuş, daha sonra ailə həyatı qurmuşdular. Onlar birlikdə Həmidin valideynlərinə məxsus kiçik həyəti olan evdə yaşayırdılar. Həmid bir müddət idi ki, həyat yoldaşının ona xəyanət etməsindən şübhələnirdi.
Hər səhər olduğu kimi Firuzə həyat yoldaşını işə yola salır. Həmin gün Həmid getdikdən sonra Firuzə həyəcanlı şəkildə geyinib-bəzənməyə başlayır.
Bazarda meyvə-tərəvəz dükanında satıcı işləyərək zəhməti ilə pul qazanan Həmid fikri dağınıq halda müştərilərə xidmət göstərirdi. Firuzə isə parkda skamyada oturub gizli sevgilisi Amillə söhbət edirdi.
Axşam Firuzə və Həmid bir-biri ilə söhbət etmədən səssiz formada telefonla məşğul idilər. Firuzə sevgilisinə mesaj yazırdı. Həmidin şübhələri isə günü-gündən artırdı.
Gecə Həmid Firuzənin telefonunu gizlicə götürür, mesajlarına, şəkillərinə baxır və sonra onları öz telefonuna köçürür.
Ertəsi gün Həmid işə getdiyini desə də, əslində, Firuzəni izləyir. Sonra isə ondan daha tez evə gəlir.
Firuzə evə qayıdanda Həmid ondan haradan gəldiyini soruşur. Firuzə "rəfiqəmgildə idim", - cavabını verir. Həmid isə "yalan deyirsən!" - deyə qışqıraraq birgə fotolarını ona göstərir.
Daha sonra Həmid Firuzəni boğaraq qətlə yetirir. Hətta bir müddət bu cinayətin üstünü bağlı saxlaya da bilir. Sonradan Firuzənin itkin düşməsi ilə bağlı aparılan təhqiqatlar nəticəsində qatili müəyyən etmək mümkün olur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
-
Qubada yol tamamilə çökdü
-
Ciqan valideynlikdən məhrum oluna bilər













