Boris Titov: İqlim dəyişikliyinə uyğunlaşmaya investisiya yatırmaq üçün biznesin stimullara ehtiyacı var
Bu gün iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı bütün real xərclər əsasən biznesin üzərinə düşür.
"Far.Az" xəbər verir ki, bunu Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Moskvada keçirilən "Müasir şəraitdə BRİCS İqlim Gündəliyi" adlı forumda çıxışı zamanı deyib.
B.Titov qeyd edib ki, istixana qazlarının atmosferə atılmasının qarşısının alınması və azaldılması (mitiqasiya) yolu ilə iqlim dəyişikliyinin yumşaldılması tədbirləri ilə yanaşı, iqlim dəyişikliyinə uyğunlaşma da çox vacibdir.
O, həmçinin vurğulayıb ki, qlobal miqyasda diqqət yalnız “mitiqasiya tədbirləri” vasitəsilə karbon neytrallığına nail olmaqdır ki, bu da onun fikrincə, bütün Davamlı İnkişaf Məqsədlərinin, o cümlədən uyğunlaşmaya yönəlmiş layihələrin maliyyələşdirilməsinin böyük hissəsini mənimsəyir: “Bu gün iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı bütün real xərclər əsasən biznesin üzərinə düşür. Amma bu, ağır yükdür və maddi stimullar yaradılmalıdır”.
B.Titov, həmçinin bildirib ki, BMT-nin Yaşıl İqlim Fonduna ayrılan vəsaitin artırılması vacibdir. O xatırladıb ki, planlaşdırılan 100 milyard dolların yalnız 13 milyard dolları inkişaf etmiş ölkələrdən daxil olub, BMT-nin Uyğunlaşma Fondunun isə cəmi 1 milyard dollar toplayıb: "300 milyard ehtiyacla müqayisədə 1 milyard nədir?"
Oxşar xəbərlər
COP29 qlobal səviyyədə istixana qaz emissiyalarının balansını təmin edəcək - FOTO - ANALİZ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azərbaycanda keçiriləcək COP29 - iqlim dəyişmələrinin qarşısıalınmaz fəsadları ilə mübarizədə yeni mərhələ - RƏY
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Epilepsiyanın beyin sağlamlığını məhv etdiyi müəyyən olunub
-
Trampla Putinin danışıqlarına hazırlıq görülür
-
Futzal üzrə Azərbaycan Kubokunda 1/4 finalçılar məlum olub
-
Fransada müxalifət yanvarın 16-da hökumətə etimadsızlıq səsverməsi tələb edə bilər
-
Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
-
İtaliyada qar uçqunu olub, ölən və yaralananlar var