Xocalıya qonaq gedən şəxs yanğına səbəb olub, saxlanılıb
Far.Az xəbər saytı

Xocalıya qonaq gedən şəxs yanğına səbəb olub, saxlanılıb


Avqustun 6-da Xocalı şəhəri ərazisində Badara çayının sahilində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Far.Az-ə bildirilib ki, araşdırmalarla yanğının Xocalı rayonunda qonaq olan 2008-ci il təvəllüdlü Maarif Mirzəyevin ərazidə yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində təxminən 40-50 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

M.Mirzəyev məsuliyyətə cəlb olunub.

FHN və DİN bir daha diqqətə çatdırır ki, açıq ərazilərdə ocaq qalamaq və ya tüstülənməyə səbəb ola biləcək hərəkətlərə yol vermək, xüsusilə də yay mövsümündə ciddi ekoloji və təhlükəsizlik riskləri yaradır. Bir anlıq məsuliyyətsizlik on hektarlarla sahəni məhv edə, təbiətə, kənd təsərrüfatına və insanlara böyük ziyan vura bilər. Vətəndaşlar bu hallara səbəb olacaq əməllərdən çəkinməli, təhlükəsizlik qaydalarına əməl etməlidir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər