"BakuBus"ın Gəncədə fəaliyyətə başlaması ilə bağlı hazırlıq işləri davam etdirilir
İctimai nəqliyyat xidmətlərinin keyfiyyətli və təhlükəsiz təşkili istiqamətində fəaliyyət göstərən AZCON Holding şirkətlərindən olan "BakuBus" MMC tərəfindən Gəncə şəhərində sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə hazırlıq işləri planlı şəkildə davam etdirilir.
Hazırda Gəncə şəhərində fəaliyyət göstərəcək yeni avtobus parkı kompleksinin tikinti prosesi davam etməkdədir. Bu nəqliyyat infrastrukturu əsas inzibati bina, köməkçi inzibati bina, texniki baxış və təmir mərkəzi, avtoyuma sahəsi, Yanacaq Doldurma Məntəqəsi, transformator məntəqəsi və qazanxana binasını əhatə edir. Müasir standartlara uyğun şəkildə inşa edilən avtobus parkının istifadəyə verilməsi Gəncə şəhərində ictimai nəqliyyatın səmərəli idarə olunmasına imkan yaradacaq.
Yeni marşrut xətlərində fəaliyyət göstərəcək sürücü heyətinin formalaşdırılması istiqamətində də seçim və hazırlıq prosesi davam etdirilir. İndiyədək 900 nəfərə yaxın sürücü vəzifəsinə müraciət daxil olub, 600-dən çox namizəd isə müsahibədə iştirak edib. Hazırda sürücü heyətinin peşəkar hazırlığı məqsədilə iki təlim qrupu fəaliyyət göstərir. Təlimlərin biri nəzəri, digəri isə praktiki mərhələdə həyata keçirilir. Bununla yanaşı, inzibati heyətin formalaşdırılması istiqamətində də zəruri tədbirlər görülür.
Gəncə şəhərində istifadəyə verilməsi planlaşdırılan "Yutong" markalı müasir və komfortlu avtobusların artıq bir hissəsi ölkəyə gətirilib. Yaxın günlərdə avtobusların Gəncə şəhərində yerləşən yeni avtobus parkına çatdırılması planlaşdırılır. Nəqliyyat vasitələrinin sentyabr ayı ərzində şəhərdaxili marşrut xətlərində istismara verilməsi nəzərdə tutulur. Beynəlxalq standartlara cavab verən texniki avadanlıqlarla təchiz edilmiş bu avtobuslar sərnişinlərə rahat və keyfiyyətli ictimai nəqliyyat xidməti təqdim edəcək.
Sərnişinlərin avtobusla gedişhaqqını nağdsız ödəniş sistemi ilə etmələri nəzərdə tutulub. Bu sistem Gəncə şəhərində fəaliyyət göstərən bütün avtobuslarda tətbiq olunacaq.
Qeyd olunur ki, "BakuBus" MMC-nin Gəncə şəhərində 1, 3, 4, 5, 6, 7, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 nömrəli şəhərdaxili marşrut xətləri, G1 və G2 nömrəli şəhərətrafı marşrut xətləri üzrə fəaliyyətə başlaması nəzərdə tutulur.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Gəncədə avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2













