İlham Əliyev BƏƏ Prezidentinə zəng edib
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.
Far.Az xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan ilə BƏƏ arasında əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığı qeyd olunub. Dövlətimizin başçısının BƏƏ-yə sonuncu səfəri və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən ABŞ prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin önəmi vurğulanıb, bütün bunların regionda davamlı sülhün, sabitliyin və çiçəklənmənin təmin olunması baxımından əhəmiyyəti qeyd edilib. Bu nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolu yüksək qiymətləndirilib.
Dövlətimizin başçısı əldə olunmuş razılaşmalarda bu ilin iyul ayında Əbu-Dabidə Azərbaycanla Ermənistan arasında keçirilmiş ikitərəfli görüşün əhəmiyyətinə toxunub və buna görə Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana təşəkkürünü bildirib.
Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan əldə olunmuş nəticələr ilə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdırıb və bunun tarixi xarakter daşıdığını qeyd edib.
Telefon danışığı əsnasında Azərbaycan ilə BƏƏ arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edilib, qarşılıqlı sərmayələrlə bağlı fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb
-
"Şamaxinka"dan Biləcəri enən yol bağlanacaq
-
Ramil Nabran: "İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar"













