Motosikletlə avtoxuliqanlıq edən Fidan inzibati qaydada həbs edildi
Far.Az xəbər saytı

Motosikletlə avtoxuliqanlıq edən Fidan inzibati qaydada həbs edildi


Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bu barədə Far.Az-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, BŞDYPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Bağırlı Fidan Cəfər qızı saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə F.Bağırlı sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.

Oxşar xəbərlər

Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda motosikletlə "şou" göstərən gənclər həbs olundu - ANBAAN GÖRÜNTÜLƏR
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər