Erməni oliqarxın ailəsi ölkə hökumətini məhkəməyə verdi
Həbsdə olan biznesmen və oliqarx Samvel Karapetyanın ailəsi "Ermənistanın Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsi işi üzrə Ermənistan hakimiyyətini məhkəməyə verib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Karapetyanın hüquqlarını müdafiə şurasının "Facebook" sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir.
"Karapetyan ailəsi tələb edir ki, arbitraj məhkəməsi Ermənistan Respublikasını həm artıq dəymiş ziyanı, həm də gözlənilən zərəri ödəməyə məcbur etsin", - bəyanatda bildirilir.
İlkin hesablamalara görə, dəymiş ziyanın məbləği 500 milyon dollardır.
Xatırladaq ki, iyunun 18-də Samvel Karapetyan Ermənistanda saxlanılıb və respublikada hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunub. İrəvan məhkəməsi Rusiya vətəndaşlığı olan iş adamını iki ay müddətinə həbs edib.
İyulun 3-də Ermənistan parlamenti hökumətə Karapetyanın "Ermənistanın elektrik şəbəkələri" şirkətini milliləşdirmək hüququ verən qanun qəbul edib.
Qeyd edək ki, Karapetyan Ermənistanda Rusiyanın maraqlarının təmsilçisi kimi qəbul olunur.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ermənistanın baş qərargah rəisinin ərazilərimizin işğalında iştirakını sübut edən material tədqiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













