Kim Çen In və Putin arasında telefon danışığı baş tutub
Far.Az xəbər saytı

Kim Çen In və Putin arasında telefon danışığı baş tutub


Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Vladimir Putinlə telefon danışığı zamanı Şimali Koreyanın Rusiya rəhbərliyinin qəbul etdiyi qərarları hər zaman tam dəstəkləyəcəyini bəyan edib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyindən məlumat verilib.

"Kim Çen In əmin edib ki, Şimali Koreya həmişə KXDR və Rusiya Federasiyası (RF) arasında bağlanmış müqavilənin ruhuna sadiq qalacaq, həmçinin RF rəhbərliyi tərəfindən görülən bütün tədbirləri tam dəstəkləməyə davam edəcək", - deyə məlumatda bildirilib.

KXDR-in qeyd etdiyi kimi, Putin və Kim Çen In, eyni zamanda, Şimali Koreya və Rusiya arasında Strateji Tərəfdaşlıq haqqında Müqavilə çərçivəsində əməkdaşlığın dərinləşməsini də yüksək qiymətləndirib və onu daha da inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər.

Daha əvvəl isə Kremlin Mətbuat Xidməti Putinin Kim Çen In ilə telefon danışığı barədə məlumat yayıb. Onlar bildiriblər ki, Rusiya prezidenti Şimali Koreya lideri ilə avqustun 15-də Alyaskada baş tutacaq ABŞ Prezidenti Donald Trampla gözlənilən danışıqlar kontekstində məlumat bölüşüb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər