Lənkəranda altıyaşlı oğlanı maşın vurdu, vəziyyəti ağırdır
Far.Az xəbər saytı

Lənkəranda altıyaşlı oğlanı maşın vurdu, vəziyyəti ağırdır


Lənkəran şəhərində avtomobil altıyaşlı oğlanı vurub.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, məlumatına görə, hadisə səhər saat 09:30-da şəhərin 20 Yanvar küçəsində baş verib.

Şəhər sakini, 1979-cu il təvəllüdlü Azər Əsgərov idarə etdiyi QAZ-3110 markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 2019-cu il təvəllüdlü A.İsmayılzadəni vurub.

Xəsarət alan uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda azyaşlının vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər