Sabirabadda mərkəzi bazarda yanğın baş verib
Far.Az xəbər saytı

Sabirabadda mərkəzi bazarda yanğın baş verib


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad şəhəri, V.Əhmədov küçəsində fəaliyyət göstərən mərkəzi bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mərkəzi bazar ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bazar ərazisində 20m² sahədə məişət tullantıları, ümumi sahəsi 900m² olan bir dam altında tikilmiş birmərtəbəli bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən sahəsi 16m² olan meyvə-tərəvəz mağazasının dam örtüyü və sahəsi 27m² olan məişət avadanlıqları mağazasının yanar konstruksiyaları, bazara bitişik yerləşən uşaq bağçasının ərazisində 300m² sahədə quru ot yanıb.

Bitişik obyektlər və uşaq bağçasının binası yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Bakıda "Təkər bazar"ı yandı
Sabirabadda 1000 kv metrəyə yaxın müxtəlif təyinatlı obyektdə yanğın olub
Azərbaycanda DƏHŞƏT - Bir-birinə bitişik 4 ev yandı
Sabunçu bazarında yanğın olub
Alatavada evdə yanğın olub, bir nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər