Dominikan "Erin" qasırğası təhlükəsi barədə xəbərdarlıq edib
Dominikan Respublikasının Fövqəladə Hallar üzrə İdarəetmə Mərkəzi "Erin" qasırğası səbəbindən ada ölkəsinin Atlantik okeanı sahillərində yerləşən bir sıra əyalətlər üçün təhlükəni sarı səviyyəyə qaldırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Diario Libre" qəzeti məlumat yayıb.
Məlumata görə, bu tədbir səkkiz əyalətə aiddir, paytaxt və paytaxt rayonu isə yaşıl təhlükə səviyyəsində qalır. Mərkəz suyun səviyyəsinin qalxması riski ilə əlaqədar vətəndaşlara çaylara və su anbarlarına yaxın olmamağı tövsiyə edib. Qasırğanın, mütəxəssislərin proqnozlaşdırdığı kimi, Dominikan Respublikası ərazisindən təxminən 300 km aralıda keçəcəyinə baxmayaraq, mərkəz güclü yağış, külək və tufan ehtimalı barədə xəbərdarlıq edib.
Mərkəz həmçinin yaxın saatlarda çimərliklərdə olmağı qadağan edib və böyük dalğalar riski səbəbindən sahilyanı ərazilərdən uzaqlaşmağı tövsiyə edib. Atlantik sahilləri yaxınlığında yerləşən gəmilərə limanda qalmaları tövsiyə olunur.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













